Şənbə , İyun 19 2021
Home / Dünya / Ermənistan Baş Qərargah rəisinin müavini 60 nəfərin itkisinə görə ittiham olunur

Ermənistan Baş Qərargah rəisinin müavini 60 nəfərin itkisinə görə ittiham olunur

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Baş Qərargahın Döyüş hazırlığı idarəsinin rəisi general-leytenant Andranik Makaryan İkinci Qarabağ müharibəsində 60 nəfərin itkisinə görə ittiham olunur.

MEDIAKTIV.AZ xəbər verir ki, bunu ölkənin “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Ermənistan İstintaq Komitəsinin Hərbi istintaq idarəsində məsələ ilə bağlı araşdırma aparılır. A.Makaryan dindirilmək üçün komitəyə çağırılıb. O bildirib ki, 60 nəfərin itirilməsi ilə nəticələnən əməliyyatla bağlı tapşırğı öz istəyi ilə verməyib. Əmrin daha yüksək orqandan verildiyi məlum olub.

Məsələ ilə bağlı Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin tör-töküntülərinin keçmiş “müdafiə nazir”i Cəlal Arutyunyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan da Hərbi istintaq komitəsinə çağırılıblar. Onlar digər məsələlərlə bağlı da dindirilir.

Həmçinin oxuyun

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb. MEDIAKTIV.AZ xəbər verir …