Şənbə , Yanvar 23 2021
Home / Dünya / Ermənistan müxalifəti Paşinyana 3 gün vaxt verdi

Ermənistan müxalifəti Paşinyana 3 gün vaxt verdi

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefaya getmək üçün dekabrın 8-ə qədər vaxt verib.

Bu barədə MediAktiv.az Ermənistan mətbuatına istinadən xəbər verir.

“Biz çərşənbə axşamı – 8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq”, – deyə “Daşnaksutyun”un rəsmisi İşxan Saqatelyan bu gün Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə deyib.

“Nikol, bu, sənin hökumət bağında son saatlarındır”, – Saqatelyan qeyd edib.

Həmçinin oxuyun

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlanıb

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi şirkətin qeyri-insanlığa qarşı siyasətinə zidd olan paylaşıma görə bağlanıb. MEDIAKTIV.AZ CNBC-yə …