Cümə axşamı , Yanvar 21 2021
Home / Dünya / Ermənistan quru sərhədlərini açdı

Ermənistan quru sərhədlərini açdı

Ermənistan koronavirus pandemiyası ilə əlaqədar bağladığı quru sərhədləri açıb.

MEDIAKTIV.AZ-a xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb.

“Xarici vətəndaşlar üçün Ermənistana quru sərhədləri ilə giriş məhdudiyyətləri ləğv edilib, indi bütün əcnəbilər ölkəyə həm hava, həm də quru yolu ilə daxil ola bilərlər. Artıq bütün xaricilər son 72 saat ərzində alınan mənfi COVID-19 testi nəticəsi ilə Ermənistanı ziyarət edə bilərlər”, – nazirlik bildirib.

Xatırladaq ki, Ermənistanda indiyədək 163 128 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 2 951 nəfər virusdan ölüb, 151 246 nəfər isə sağalıb

Həmçinin oxuyun

Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb

Bolqarıstanın nüfuzlu Cross Xəbər Agentliyinin internet səhifəsində və “Standart” qəzetində “20 Yanvar – Azərbaycan xalqının …