Bazar , Sentyabr 26 2021
Home / Dünya / “Ermənistan Rusiya tərəfindən cəzalandırılacaq”

“Ermənistan Rusiya tərəfindən cəzalandırılacaq”

“Rusiyalı politoloq və özünü prezident Vladimir Putinin yaxın çevrəsindəki ekspert kimi təqdim edən Sergey Markova inansaq, bu gün xarici işlər nazirlərinin Moskva görüşündə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşmasa, Kreml tərəfindən cəzalandırılacaq”.

Bu barədə siyasi şərhçi Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Markov ötən il də deyirdi ki, 2016-cı ilin sonuna qədər Ermənistan 5 rayonu boşaldacaq və azərbaycanlı məcburi köçkünlər geri dönəcəklər: “Əlbəttə, Markovun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi alqışa layiqdir. Ancaq arzuları reallıq kimi göstərmək də yanlışdır, Azərbaycan cəmiyyətinin başının altına yastıq qoymaq lazım deyil. Bunun bizə xeyrindən çox zərəri var”.

Həmçinin oxuyun

Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib. MEDIAKTIV.AZ xəbər verir …