Cümə , Aprel 23 2021
Home / Dünya / Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda son sutkada daha 360 nəfər COVID-19-a yoluxub.

MEDIAKTIV.AZ xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 172 816-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 202-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 819 nəfərdir. İndiyədək 163 906 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 889 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, ötən gün Ermənistan Səhiyyə Nazirliyi 240 nəfərdə COVID-19-un aşkarlandığını açıqlamışdı.

Həmçinin oxuyun

Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub

Hindistanda koronavirusa gündəlik yoluxma və ölüm hallarında ən yüksək göstəricilər qeydə alınıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, …