Bazar ertəsi , İyul 13 2020
Home / Dünya / Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 12 364 nəfərə çatıb.

MediAktiv.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 547 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 190 nəfər koronavirusdan ölüb, 8 385 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Həmçinin oxuyun

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Bu barədə MediAktiv.az-a …