Bazar , İyun 7 2020
Home / Dünya / Ermənistanda koronavirusdan ölənlərin sayı 33-ə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 33-ə çatdı

Ermənistanda daha 82 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.

MediAktiv.az  xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 148-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 33 nəfər ölüb.

Bundan başqa, indiyədək 977 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, aprelin 30-na olan məlumata görə, ölkədə bir gündə 134 yoluxma faktı, 2 ölüm qeydə alınmışdı.

Həmçinin oxuyun

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 12 364 nəfərə çatıb. MediAktiv.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son …