Cümə , İyun 5 2020
Home / Dünya / Ermənistanda sutka ərzində 75 nəfər koronavirusa yoluxub

Ermənistanda sutka ərzində 75 nəfər koronavirusa yoluxub

Ermənistanda son bir gün ərzində daha 75 nəfər koronavirusa qoluxub. 

MediAktiv.az  “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan  Facebook səhifəsində bildirib.

O qeyd edib ki, Ermənistanda koronavirusla bağlı gərgin vəziyyət yaşanmaqdadır: “Təəssüf ki, xəstələrin sayında artım qeydə alınır. Bu gün daha 75 nəfərdə koronavirus təsdiqlənib. Ancaq ümumilikdə deyə bilərəm ki, vəziyyət nəzarət altındadır. Karantin rejiminə riayət etməliyik”.

Qeyd edək ki, ölkədə yeni virusa yoluxanların ümumi sayının 807 nəfərə çatdığı bildirilir. 

Həmçinin oxuyun

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb. MediAktiv.az  xəbər verir …