Çərşənbə , Fevral 26 2020
Home / Dünya / Ermənistanın keçmiş Müdafiə naziri bir neçə ailəni evsiz qoydu – Cinayət işi açıldı

Ermənistanın keçmiş Müdafiə naziri bir neçə ailəni evsiz qoydu – Cinayət işi açıldı

Ermənistanın keçmiş Müdafiə naziri Vigen Sarkisyan barəsində cinayət işi açılıb.

Mediaktiv.az-ın xəbərinə görə, bununla bağlı Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, V.Sarkisyan ötən ilin yanvar ayında Yerevanın Açapnyak rayonundakı çoxmərtəbəli binada mənzillər paylayıb.

Mövcud prosedura görə, mənzil paylanılması ilə Müdafiə Nazirliyinin mərkəzi mənzil komissiyası məşğul olmalı idi. Lakin V.Sarkisyan şəxsən özü 71 mənzildən 29-nu paylayıb.

Nəticədə isə ehtiyacı olan bir neçə məmur ailəsi mənzil ala bilməyib.

Qeyd edək ki, V.Sarkisyan 2016-cı ilin oktyabrından 2018-ci ilin may ayına qədər Müdafiə naziri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Dəməşqdə güclü partlayış oldu, ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşq şəhərində minalanmış avtomobil partladılıb.  MediAktiv.az İHA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın …