Çərşənbə , Sentyabr 16 2020
Home / Dünya / Estoniya evdən işləyənlər üçün qapılarını açır

Estoniya evdən işləyənlər üçün qapılarını açır

Məsafədən iş rejimində çalışan insanlar bir ilə qədər Estoniyada qanuni olaraq qala bilərlər. 

MediAktiv.az xəbər verir ki, Estoniyanın Digital Nomad Vısa (DNV) şirkəti məsafədən iş rejimində çalışanlar üçün bu hüququ verir.  

Rəqəmsal viza, əsasən texnologiya, maliyyə və ya marketinq sahəsində işləyən əcnəbilərə Estoniyada işləməyə imkan verəcək.

Estoniya hökumətinin e-Residency proqramının mətbuat xidmətindən verilən məlumata görə, elektron vizanın alınması üçün avqustun 1-dən etibarən müraciət etmək olar. İşçinin ölkədə nə qədər qalmasından asılı olaraq iki viza növü — qısa (C-visa) və uzunmüddətli (D-visa) təklif olunur. D vizanın qiyməti 100 avro, C vizanın qiyməti isə 80 avrodur.

Estoniyanın gələcək işçilərinə qarşı irəli sürülən əsas tələblər:

Məsafədən iş rejimindində çalışanın status təsdiqi;

Son 6 ay ərzində aylıq gəlirin təsdiqi;

İşçi hesabında bir günə ən azı 116,80 avro miqdarında vəsait (və ya aylıq 3 504 avro) olduğunun təsdiqi.

Həmçinin oxuyun

İsraillə Bəhreyn arasında birbaşa hava əlaqəsi qurulacaq

İsraillə Bəhreyn arasında münasibətlərin normallaşması nəticəsində birbaşa hava əlaqəsi yaradılacaq. MediAktiv.az “İnterfaks”a istinadən xəbər verir …