Cümə , May 29 2020
Home / Dünya / Evinə girən oğrunu çardaqda bağlayıb, polisə zəng vurdu

Evinə girən oğrunu çardaqda bağlayıb, polisə zəng vurdu

İstanbulun Sultanqazi bölgəsində beşmərtəbəli binadayaşayan ailə evlərinin terasından gələn səsin səbəbini öyrənmək üçün yuxarı qalxıb  və çardaqda kiminsə olduğundan şübhələnib.

Haberler.com-un məlumatına görə, terasa çıxanda qapının açıq olduğunu görən ailə içəridə oğru olduğunu təxmin edib. Ailə üzvləri səs salmadan qapını arxadan bağlayıb və aşağı düşüb.

İçəridə qalan şəxs qapının üzünə bağlandığını görən kimi səs-küy salmağa başlayıb. Ailə başçısı özünü itirməyib və polisə bu barədə xəbər verib.

Şəxs polis tərəfindən tutulub. Dindirmə zamanı o, oğru olduğunu etiraf etməyib. Yad evin çardağında olma səbəbini isə evsiz olması ilə əlaqələndirib.

Lakin ev sahibləri həmin şəxsin məhz oğru olduğunu bildirir.

Həmçinin oxuyun

İran XİN Azərbaycan xalqını təbrik edib

İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. MediAktiv.az-ın məlumatına görə, …