Bazar , Sentyabr 26 2021
Home / Dünya / “Facebook qatili” polisdən qaçarkən intihar edib

“Facebook qatili” polisdən qaçarkən intihar edib

ABŞ-ın Klivlend şəhərində yaşayan 37 yaşlı Stiv Stephens, ötən bazar günü 74 yaşlı Robert Godwini öldürdüyü video Facebook üzərindən yayımlamıştı. Cinayətin ardından sosial şəbəkə üzərindən canlı yayım da həyata keçirən Stephens, Amerikan mediası tərəfindən “Facebook qatili” kimi adlandırılmışdı.

Videoların sosial mediada yayımlanmasının ardından polisin dərhal axtarmağa başladığı Stephens, FBI-ın “ən çox axtarılanlar” siyahısına da daxil olmuşdu. Klivlendin bağlı olduğu Ohayo ştatının qonşusu Pensilvaniya ştatına keçdiyi bilindi, qatil isə polislə qaçdı-tutdu zamanı intihar etdiyi açıqlandı.

Stephensin tutmasını təmin edəcək bir məlumat gətirən şəxsə 50 min dollar mükafat verəcəyini vəd edən Klivlend polisi, Stefanın avtomobilinin fotoşəkillərini və nömrəsini ictimaiyyət ilə paylaşmışdı. “Klivlend Polis İdarəsindən” Kalvin Williams: Qaçdı-tutdunin bitməsinə görə məmnuniyyət duyduqlarını, ancaq belə bir sonu seçim etmədiklərini bildirib.

Facebook qatili 13 nəfəri öldürdüyünü iddia etmişdi!

“Facebook qatili” Stephens, 13 nəfəri daha öldürdüyünü iddia etmişdi. Klivlend Polis İdarəsi rəsmiləri, ortada bu istiqamətdə bir sübut olmadığını bildirib. Polis mənbələrindən bildiriblər ki Stephensin daha əvvələ aid hər hansı bir cinayət  qeydiyyatının olmadığı ifadə edilmişdi.

Cinayət videonun yayımlanmasının ardından rəsmilərlə əməkdaşlığa getdiyini açıqlayan Facebook, cinayətin və sonrasında həyata keçirilən canlı yayımın videosunu qaldırma məsələsində gecikdiklərini qəbul etmişdi.

Həmçinin oxuyun

Türkiyə-İran sərhədi açılıb

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb. MEDIAKTIV.AZ “Haber Global”a istinadən xəbər verir ki, sentyabrın 16-dan …