Cümə , İyun 5 2020
Home / Dünya / “Forbes” dünya varlılarının reytinqini dərc edib

“Forbes” dünya varlılarının reytinqini dərc edib

ABŞ-ın “Forbes” biznes jurnalı dünyanın 20 ən varlı insanının siyahısını dərc edib.

MediAktiv.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu siyahıda lider mövqeyində “Amazon” internet-reteylinin qurucusu və baş direktoru Ceff Bezos durur. Onun sərvəti 113 milyard ABŞ dolları qiymətləndirilir.

2-ci yerdə 98 milyard ABŞ dollar səvətlə “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts qərarlaşıb. 

3-cü yeri isə LVMH moda evinin sahibi Bernar Arno və onun ailəsi tutub. Onların sərvəti 76 milyard ABŞ dolları təşkil edir.

4-cü yerdə “Berkshire Hathaway” investisiya evinin rəhbəri Uorren Baffett olub. Jurnal onun sərvətini 67,5 milyard ABŞ dolları qiymətləndirib. 

Liderlərin ilk beşliyini “Oracle” şirkətinin təsisçisi Larri Ellison qapayır. Onun var-dövləti 59 milyard ABŞ dollarıdır.

 2020-ci ilin reytinqindəki milyarderlərin ilk 20 nəfərinin var-dövlətinin ümumi məbləği 1,14 trilyon ABŞ dolları təşkil edib. 

Həmçinin oxuyun

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb. MediAktiv.az  xəbər verir …