Bazar , Sentyabr 19 2021
Home / Dünya / Fransada xalq ayağa qalxdı!

Fransada xalq ayağa qalxdı!

Mediaktiv.az Ölkə.Az-a istinadən  xəbər verir ki, Fransa əhalisi ölkədə keçirilən prezident seçkilərinə etiraz ediblər. Aprelin 22-də 2 mindən çox insan küçələrə axışıb. Onlar Respublika meydanına tərəf yürüş ediblər.

Etirazçıların çoxu Fransa Həmkarlar İttifaqının üzvləri və tələbə gənclər təşkilatının nümayəndələri olub. Onlar polisin “dağılışın” əmrinə məhəl qoymayıblar. Etirazçılar polisə müqavimət göstərməyə başlayıblar.

“Ölkədə keçirilən prezident seçkiləri siyasi təlxəklərin oyunudur”, – deyən etirazçılar müxtəlif şüarlar səsləndiriblər. Onlar seçkilərdə Fransa rəhbərliyinin iştirakına etiraz ediblər. Mitinqdə ölkə rəhbərliyinin ünvanına təhqir və söyüşlər də səsləndirilib.

Etiraz aksiyası seçkilərin birinci turuna qədər davam edib. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə edib.

Həmçinin oxuyun

Türkiyə-İran sərhədi açılıb

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb. MEDIAKTIV.AZ “Haber Global”a istinadən xəbər verir ki, sentyabrın 16-dan …