Cümə axşamı , İyul 2 2020
Home / Dünya / GÖKTÜRK-1 peyki kosmosa göndərildi

GÖKTÜRK-1 peyki kosmosa göndərildi

     Mediaktiv.az Sabah qəzetinə istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinin hədəf kəşfiyyatına istiqamətli ehtiyacını, coğrafi məhdudiyyət olmadan dünyanın hər yerindən yüksək keyfiyyətli peyk görünüşü ilə qarşılayacaq GÖKTÜRK-1 peyki kosmosa göndərildi.

   Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Hava qüvvələri Komandirliyi və Müdafiə Sənaye Məsləhətçiliyi ev sahibliyində Türk Havaçılıq və Kosmos Sənaye AŞ (TUSAŞ) Akıncı təsislərində təşkil edilən mərasimdə, peykin ötürülmə anı canlı izləndi.

     GÖKTÜRK-1, həm sivil, həm də hərbi tətbiqlər üçün çox yüksək keyfiyyətli peyk şəkilləri təmin edəcək və bu xüsusiyyətləri ilə ən inkişaf etmiş sistemlərə sahib kəşf, müşahidə etmə peykləri arasındakı yerini alacaq.

   GÖKTÜRK-1 Layihəsi, Hava Qüvvələri Komandanlığının layihəsi olaraq, TAI, ASELSAN, TÜBİTAK, Milli Elektroni · k və Kri · ptoloji · Araşdırma İnstitutu, ROKETSAN, TR Tecnology kimi Türk ortaqlarının iştirakı və Thales Alenia Space – nin birgə layihəsi olaraq icra edildi.

     2012-ci ildə kosmosa göndərilən GÖKTÜRK-2 dən sonra ikinci hərbi peyk olma xüsusiyyətini daşıyan və inkişaf, istehsal və test fəaliyyətlərinə 19 iyul 2010-cu ildə başlanan GÖKTÜRK-1 peyki, TSQ-nin hədəf kəşfiyyatına istiqamətli ehtiyacını, coğrafi məhdudiyyət olmadan dünyanın hər yerindən yüksək keyfiyyətli peyk görünüşü ilə qarşılayacaq.

   Görüntü keyfiyyəti və tutumu, data endirmə sürəti, manevr qabiliyyəti və inkişaf etmiş yer sistem xüsusiyyətləri ilə GÖKTÜRK-1 peyki, GÖKTÜRK-2 peyki ilə birlikdə Türkiyənin kosmosdakı gücünü artıracaq.

06

     Orbit testləri və qəbul mərhələlərinin tamamlanması nəticəsində inventar alınacaq olan GÖKTÜRK-1 peykinə, Hava qüvvələri Komandirliyi tərkibində təşkil edilmiş olan Kəşf Peyk Tabur Komandirliyi tərəfindən əmr və nəzarət ediləcək.

 

Həmçinin oxuyun

Bakı şəhər prokurorluğuna yeni təyinatlar oldu

Prokurorluq orqanlarında yeni təyinatlar olub. MediAktiv.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər …