Bazar , Sentyabr 19 2021
Home / Dünya / Google Maps-a görə səhrada qaldı

Google Maps-a görə səhrada qaldı

        Texasdan olan tələbə Amber Katanna VanHecke, Google Maps-ın səhvinə görə necə 119 saat səhrada qaldığını danışıb.      Amber öz avtomobili ilə Google Maps vasitəsilə Qrand Kanyonun cənubi hissəsindən Xavasu şəlalələrinə tərəf gedirdi. Google Maps, qıza, şossedən çıxıb torpaq yolla növbəti şosseyə çıxana kimi 64 km getməyi məsləhət görüb. Təyinat nöqtəsinə çatmamış, servis, realda olmayan yola dönməyi məsləhət görüb. Buna baxmayaraq Amber, Google Maps-in əvvəlcədən təyin etdiyi yol ilə getməyə davam edib. Bir müddətdən sonra Amber, servisin öncədən təyin etdiyi yola çıxa bilməyib. Yol ümumilikdə yox imiş. Bu vaxt yavaş-yavaş qaranlıq düşüb və GPS siqnal itib. Amber qorxu keçirərək tez bir zamanda siqnalı yenidən tutub və şosseyə çıxıb.

     Lakin o fikir verib ki, avtomobilindəki benzin ehtiyyatı tükənmək üzrədir. Müəyyən vaxtdan sonra isə digər yanacaq ehtiyyatı da bitib. Səhrada tək başına qalan Amber, daşlardan istifadə edərək yerdə SOS və HELP sözlərini əks etdirib. Hər bir hərfin hündürlüyü 9 metrə çatırdı. Bundan əlavə olaraq o, ocaq yandıraraq diqqəti cəlb etməyə çalışıb. Lakin ocaq tez bir zamanda sönüb. Sözügedən planların işə yaramadığını görən Amber, telefon siqnalını tutmaq üçün 17 km yol gedib. Nəticədə o, xilasetmə xidməti ilə əlaqə yarada blib. Xilasetmə xidməti isə öz növbəsində onu vertolyot vasitəsilə xilas edib. Xəstəxanada müayinə zamanı Amber-in orqanizminin ciddi şəkildə susuzlaşdırılması və dərisinin, günəş təsirindən yanıqlara məruz qaldığı məlum olub.

Həmçinin oxuyun

Türkiyə-İran sərhədi açılıb

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb. MEDIAKTIV.AZ “Haber Global”a istinadən xəbər verir ki, sentyabrın 16-dan …