Bazar ertəsi , Oktyabr 21 2019
Home / Dünya / “Google”un fəaliyyətində problem yaranıb

“Google”un fəaliyyətində problem yaranıb

Ötən gün axşam saatlarından etibarən bir çox ölkələrdə “Google” axtarış sistemində problemlər müşahidə olunub. 

Mediaktiv.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin səhifəsində məlumat yerləşdirilib.

“Google”da yaranmış nasazlıqlar ötən gün saat 20:37-dən etibarən ABŞ-ın Şərq Sahilində, Avstraliya, Yeni Zelandiya, Yaponiya, eləcə də  Birləşmiş Krallıq da daxil olmaqla bir sıra Avropa ölkələrində müşahidə edilib.

“Downdetector”a görə, “Google” istifadəçilərinin 79 faizi axtarış zamanı istədiklərini tapmaqda çətinlik çəkib, digərləri isə şəxsi hesablarına daxil ola bilməyiblər.

Həmçinin oxuyun

ABŞ Suriyadakı aviabazasını bombalayıb

ABŞ hərbçiləri Suriyadakı özlərinə məxsus aviabazanı ölkədən çıxmaq üçün keçirilən əməliyyat zamanı məhv ediblər. Bu …