Cümə axşamı , Aprel 22 2021
Home / Dünya / GUAM-a sədrlik Gürcüstana keçdi

GUAM-a sədrlik Gürcüstana keçdi

Gürcüstan bu gündən etibarən Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata – GUAM-a sədrlik etməyə başlayıb.

MEDIAKTIV.AZ xəbər verir ki, qonşu ölkə sədrliyi Azərbaycandan təhvil alıb.

Gürcüstanın GUAM-a bir illik sədrliyi dövründə əsas prioritetləri təşkilat daxilində qarşılıqlı əlaqələr, siyasi, sahələrarası və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, həmçinin xalqlar arasında əlaqələrin dərinləşdirilməsi olacaq.

Qeyd edək ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın təmsil olunduğu təşkilat 1997-ci ildə yaradılıb.

Həmçinin oxuyun

Ukraynada ehtiyatda olan hərbçilərin xidmətə çağırışına dair qanun imzalandı

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb. …