Şənbə , Dekabr 14 2019
Home / Dünya / Hamama telefonla girən məktəbli ÖLDÜ

Hamama telefonla girən məktəbli ÖLDÜ

Rusiyanın Lensk şəhərində telefonla hamama girən 14 yaşlı məktəblini “tok” vurub öldürüb.

MediAktiv.Az lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yakutiya Respublikası üzrə İstintaq Komitəsi İdarəsinin saytında məlumat verilir.

Qızın cəsədi noyabrın 21-də valideynləri tərəfindən aşkarlanıb. Hamamda, həmçinin, elektrik cərəyana qoşulmuş telefon tapılıb.

Vannanın kənarında qalan telefonun korpusu ərimiş, şarj cihazı isə deformasiyaya uğramış halda olub.

Müstəntiqlər hazırda hadisənin səbəblərini araşdırırlar. Məhkəmə tibbi ekspertizası təyin olunub.

Həmçinin oxuyun

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir həbs olunub

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir 2 il müddətinə həbs cəzası alıb. Mediaktiv.az-ın “Əl-Cəzirə”yə istinadən verdiyi …