Bazar , Fevral 23 2020
Home / Dünya / “Hilton” hotellərinin sabiq sahibi öldü – FOTO

“Hilton” hotellərinin sabiq sahibi öldü – FOTO

“Hilton” hotel biznesinin sabiq sahibi Barron Hilton sentyabrın 19-da ABŞ-da vəfat edib. 

CNN-nin verdiyi məlumata əsasən, 91 yaşlı  Hilton Los-Ancelesdəki evində təbii səbəblərdən dünyasını dəyişib.

Qeyd edək ki, o, 30 il ərzində “Hilton Hotels Corporation”un baş direktoru vəzifəsində çalışıb.

“Bloomberg Billionaires Index” in məlumatına görə, şirkətin xalis dəyəri 1,25 milyard dollar səviyyəsində qiymətləndirilir.

İş adamının nəvəsi, məşhur müğənni Paris Hilton özünün “twitter” səhifəsində başsağlığı verərək, babasının gözəl bir insan olduğunu qeyd edib.

Ümumilikdə, Barron Hiltonun səkkiz uşağı, 15 nəvəsi və dörd nəticəsi var.

Həmçinin oxuyun

Dəməşqdə güclü partlayış oldu, ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşq şəhərində minalanmış avtomobil partladılıb.  MediAktiv.az İHA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın …