Çərşənbə , Oktyabr 28 2020
Home / Dünya / Hindistan “BrahMos” raketini sınaqdan keçirdi

Hindistan “BrahMos” raketini sınaqdan keçirdi

Hindistanın müdafiə tədqiqatları təşkilatı “BrahMos” qanadlı raketini uğurla sınaqdan keçirib.MediAktiv.Az Naxcivanxeberleri.com-a istinadən məlumat verir ki raket şərq ştatı Orissada yerləşən hərbi poliqondan buraxılıb.

Məlumata görə, raket 290 kilometr məsafəyə uçuş qabiliyyətinə malikdir. Bundan başqa, raketin Hindistan istehsalı avadanlıqlarla təchiz edildiyi və artıq quru qoşunlarının istifadəsinə verildiyi qeyd edilir.

Raketin sınağı ilə bağlı digər detallar açıqlanmayıb.

Qeyd edək ki, Rusiya-Hindistan birgə müəssisəsi olan “BraMos” 1998-ci ildə yaradılıb.

Həmçinin oxuyun

KIA loqotipini dəyişir

Koreyanın avtomobil nəhəngi olan KIA 2021-ci ildə loqotipini dəyişdirəcək. MediAktiv.az xəbər verir ki, yeni loqotip üç …