Bazar ertəsi , İyul 13 2020
Home / Dünya / Hindistanda “TikTok” və “WeChat” qadağan edildi

Hindistanda “TikTok” və “WeChat” qadağan edildi

Hindistan hökuməti ölkə ərazisində 59 mobil tətbiqin, o cümlədən “TikTok”, “UC Brauzer” brauzeri və Çinin sosial şəbəkəsi olan “WeChat” messencerinin istfadə edilməsinə qadağa qoyub.

MediAktiv.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Siyahıya Hindistanın suverenliyi və ərazi bütövlüyü, ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişi üçün zərərli tətbiqlər daxil edilib. Əsasən Çində hazırlanan tətbiqlər həm mobil, həm də digər cihazlarda da bloklanacaq.

Həmçinin oxuyun

Polşada prezident seçkilərinin ikinci turu başlayıb

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir. MediAktiv.az xəbər verir ki, seçki məntəqələri yerli …