Cümə axşamı , İyun 4 2020
Home / Dünya / Husilər Səudiyyə Ərəbistanının bombalanmasını dayandırmağı vəd etdilər

Husilər Səudiyyə Ərəbistanının bombalanmasını dayandırmağı vəd etdilər

Yəmənin şimalında hakimiyyəti ələ keçirən “Ənsar Allah” hərəkatının üzvləri pilotsuz uçan aparatlarla Səudiyyə Ərəbistanının bombalanmasını dayandırır və Ər-Riyaddan da oxşar addım gözləyirlər.

“RİA “Novosti” xəbər verir ki, bunu husilərin Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat “Əl-Masira” telekanalının efirində bəyan edib.

“Biz Səudiyyə Ərəbistanı ərazisinin dronlar və digər silah növlərindən istifadə vasitəsi ilə bombalanmasını dayandırırıq. Səudiyyə Ərəbistanından Yəmən ərazisinə bütün növ hücumların dayandırılmasına dair oxşar bəyanat gözləyirik”, – deyə əl-Məşat bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı onların təşəbbüsünə qarşılıq verməsə, husilər cavab vermək hüququnu özündə saxlayır.

Həmçinin oxuyun

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb. MediAktiv.az  xəbər verir …