Çərşənbə , Oktyabr 23 2019
Home / Dünya / İlon Mask yadplanetlilərə inanmır

İlon Mask yadplanetlilərə inanmır

Milyarder İlon Mask hesab edir ki, yadplanetlilər mövcud deyil. 

O, yeni “Starship” raketinin təqdimatı zamanı belə bəyanat verib.

Mask fikrini bu cür izah edib: başqa planetlərdə həyatın varlığı ehtimal olunsa da, Yerdənkənar sivilizasiyaların mövcudluğundan xəbər verən bir əlamət belə görməyib.

O deyib: “Bildiyim qədər, biz yeganə şüurlu varlıqlarıq”.

Sentyabrın 9-da Roçester Universitetinin (ABŞ) astronomları belə nəticəyə gəliblər ki, Süd Yolunda yaplanetli sivilizasiyalar da ola bilər, onlar, yəqin ki, qalaktikanı yavaş-yavaş mənimsəyirlər. Buna görə də bu yadplanetlilər hələlik bəşəriyyətlə ünsiyyətə girə bilmirlər. 

Həmçinin oxuyun

Rusiyalı teleaparıcı Qinnesin rekordlar kitabına düşdü

Rusiyalı teleaparıcı Vladimir Solovyov Qinnesin rekordlar kitabına düşüb. Jurnalist həftə ərzində canlı efirdə ən çox …