Çərşənbə , İyun 3 2020
Home / Dünya / İnquşetiyada 2 polis öldürülüb

İnquşetiyada 2 polis öldürülüb

        Rusiya Federasiyasının İnquşetiya Respublikası ərazisində terror aktı törədilib.

     Mediaktiv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, aprelin 8-nə keçən gecə naməlum şəxslər Malqobek şəhərində polis avtomobilini avtomat silahdan atəşə tutublar. Nəticədə 2 polis əməkdaşı ölüb.

      İlkin məlumata əsasən hücumda azı 2 nəfər iştirak edib. Fakt üzrə cinayət işi qaldırılıb, terrorçuların yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

Naxçıvanın təbii mineralı seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent …