Bazar , İyul 12 2020
Home / Dünya / İran denominasiyaya hazırlaşır

İran denominasiyaya hazırlaşır

İran milli valyutanın (rial) denominasiyasını həyata keçirməyi planlaşdırır.

MEDİAKTİV İran mətbuatına istinadən xəbər verir ki, İran Mərkəzi Bankı yüksək inflyasiya səviyyəsi ilə əlaqədar İran rialında dörd sıfırı ləğv etməyi planlaşdırır.

“Hökumət bu məsələ ilə bağlı parlamentə qanun layihəsi çıxarıb, ümid edirik ki, bu vacib addım yaxın zamanda gerçəkləşdiriləcək”, – deyə İran Mərkəzi Bankının başçısı Abdolnasir Hemmati parlamentdə etdiyi çıxışda bildirib.

A.Hemmatinin sözlərinə görə, bu ölçü İranda bank islahatlarının keçirilməsi baxımından vacibdir.

Məlumata əsasən, 1 yeni rial əskinası 10 000 nominallı köhnə rial əskinasına bərabər olacaq.

Qeyd edək ki, Tramp administrasiyasının Tehrana tətbiq etdiyi sanksiyalar paketi İranda kəskin valyuta böhranına yol açıb. Rial 60 faizdən çox dəyərdən düşüb, inflyasiya səviyyəsi kəskin şəkildə artıb.(oxu.az)

Həmçinin oxuyun

Rusiya Belarusda AES tikintisi üçün bu ölkəyə kredit verəcək

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə Atom Elektrik Stansiyasının (BelAES) tikintisi üçün Rusiyadan kredit alınmasını təsdiqləyib.  MediAktiv.az “BelTA”ya …