Bazar ertəsi , İyun 1 2020
Home / Dünya / İran İnqilab keşikçiləri Ordusu Suriyanın Deyrəz-Zor əyalətindəki İŞİD mövqelərinə raket zərbələri endirib

İran İnqilab keşikçiləri Ordusu Suriyanın Deyrəz-Zor əyalətindəki İŞİD mövqelərinə raket zərbələri endirib

650-kilometrlik məsafədən atılan ballistik raketlər İŞİD mövqelərini darmadağın edib.

Mediaktiv.az İnterAz-a istinadən xəbər verir ki, İran İnqilab keşikçiləri Ordusu (Sepah) Kermanşah və Kürdistan ostanından Suriyanın Deyrəz-Zor əyalətindəki İŞİD mövqelərinə raket zərbələri endirib.

Sepah əməliyyatların müvəffəqiyyətlə başa çatdığını, İŞİD mövqelərinin darmadağın edildiyini bildirib.

Qeyd edək ki, hal-hazırda İŞİD-in əsas gücü və bazası Suriyanın Deyrəz-Zor əyalətində yerləşir. İKi ay öncə İŞİD Raqqa və Homs şəhərlərində ağır məğlubiyyətlə üzləşdikdən sonra bütün gücü ilə Deyrəz-Zor əyalətinə çəkilib.

Məlumata görə, İŞİD mövqeləri 700 km-lik məsafədən hədəfi dəqiq vuran “Zülfüqar” raketləri ilə vurulub.

Həmçinin oxuyun

İran XİN Azərbaycan xalqını təbrik edib

İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. MediAktiv.az-ın məlumatına görə, …