Cümə , Aprel 16 2021
Home / Dünya / İranda gün ərzində 382 nəfər koronavirusdan ölüb

İranda gün ərzində 382 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 382 nəfər koronavirusdan (COVID-19) ölüb.

MediAktiv.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 48 628 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 881 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 975 951 nəfərə çatıb. Virus daşıyıcılarından 5 840 nəfərin vəziyyəti ağırdır.

Həmçinin oxuyun

Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçildi

Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçilib. MEDİAKTİV.AZ-ın məlumatına görə, …