Çərşənbə , Yanvar 20 2021
Home / Dünya / İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib

İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib

İranda ötən sutka ərzində 13 961 nəfər koronavirusa (COVID-19) yoluxub.

MediAktiv.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 908 346 nəfərə çatıb. Virus daşıyıcılarından 5 849 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 482 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 46 689 nəfərə yüksəlib.

Sadat Lari İranda indiyədək 633 275 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda indiyədək 5,95 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.

Həmçinin oxuyun

Türkiyə batmış Rusiya gəmisinin heyət üzvlərinin xilası əməliyyatını keçirəcək

Türkiyə Qara dəniz sahillərində batmış Rusiya gəmisinin ekipajının 15 üzvünün xilas edilməsi üzrə əməliyyat keçirəcək. …