Çərşənbə axşamı , İyul 14 2020
Home / Dünya / İranda Messinin oxşarı saxlanılıb

İranda Messinin oxşarı saxlanılıb

İran polisi “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messinin oxşarı kimi tanınan Rza Parasteşi saxlayıb.

Mediaktiv.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Həmədan şəhərində qeydə alınıb. 25 yaşlı tələbə ilə şəkil çəkdirmək istəyənlərin sayı olduqca çox olduğundan, polis bunu ictimai asayişin pozulması kimi qiymətləndirib. Polis Messinin oxşarını avtomobili ilə birgə şöbəyə gətirib.
Rza Parasteşi bir neçə ay bundan əvvəl “Barselona” formasındakı şəkilini İnternetdə yerləşdirdikdən sonra dünyada məşhurlaşıb.

Həmçinin oxuyun

Polşada prezident seçkilərinin ikinci turu başlayıb

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir. MediAktiv.az xəbər verir ki, seçki məntəqələri yerli …