Bazar , Yanvar 26 2020
Home / Dünya / İrandakı təyyarə qəzası ilə bağlı müəmma: Mərmi izləri aşkarlandı – FOTO

İrandakı təyyarə qəzası ilə bağlı müəmma: Mərmi izləri aşkarlandı – FOTO

MediAktiv.AZ

Ukrayna hava yollarına məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsinin qəzaya uğramasının ardından baş vermiş faciənin səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

MediAktiv.Az-ın məlumatına görə, qəzaya uğramış təyyarənin qalıqlarının üzərində mərmi izlərini xatırladan dəliklər aşkarlanıb.

Nəşrin yayımladığı görüntülərdə əksini tapan dəliklər təyyarənin vurulması ilə bağlı fərziyyələri ortaya çıxarıb.

İranın Nəqliyyat və Şəhərsalma Nazirliyinin rabitə və informasiya mərkəzinin direktoru Qasim Biniyaz sərnişin təyyarəsinin “vurulması” iddialarını təkzib edib.

Biniyaz İRNA agentliyinə verdiyi açıqlamasında Ukraynaya aid “Boeing” təyyarəsinin mühərrikində baş vermiş yanğın səbəbindən qəzaya uğradığını qeyd edib:

“Təyyarə raketlə vurulmuş olsaydı, havada partlayardı, ancaq qəza mühərrikin alışması və pilotun nəzarəti təmin edə bilməməsi səbəbilə baş verib”.

Xatırladaq ki, Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də, səhər tezdən Tehran hava limanından çıxdıqdan dərhal sonra qəzaya uğrayıb. Göyərtədə olan 167 sərnişin və doqquz heyət üzvünün hamısı həlak olub.

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …