Cümə , Dekabr 6 2019
Home / Dünya / İrandan ABŞ-a ŞOK xəbərdarlıq: “Əgər bir daha Suriyaya bomba atsanız…”

İrandan ABŞ-a ŞOK xəbərdarlıq: “Əgər bir daha Suriyaya bomba atsanız…”

     “ABŞ Suriyaya yenidən zərbələr endirsə, mütləq cavabını alacaq. Qarşılığı çox ağır olacaq”.

       Mediaktiv.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehqan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonda danışarkən deyib.

        “Amerikanın Suriya rejiminə aid hərbi hava bazasını vurması beynəlxalq qanunlara ziddir. Əgər amerikalılar yenidən bu cür davransalar, qarşılığı ağır olacaq. Onlar bilməlidirlər ki, hücumları cavabsız qalmayacaq” — iranlı nazir bildirib. Xatırladaq ki, ötən həftə Bəşər Əsədə bağlı hərbi aviasiyanın İdlib vilayətinə kimyəvi silahlarla hücumundan sonra Birləşmiş Ştatlar Suriya rejiminə aid hərbi hava bazasına 59 ədəd “Tomehavk” raketi atmışdı. Daha sonra əməliyyatla bağlı ətraflı açıqlama verən Pentaqon, hücum zamanı Suriya rejiminə aid döyüş təyyarələrinin 20%-ni məhv etdiklərini bildirib.

Həmçinin oxuyun

Suriyada ABŞ hərbi bazasına hücum olub

Bir qrup naməlum şəxs Suriyanın cənub şərqində yerləşən ABŞ hərbi bazasına hücum edib. Xəbəri Suriyanın “Al-İkhbariya” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir