Bazar ertəsi , Yanvar 20 2020
Home / Dünya / İranın ali dini lideri: ABŞ tövbə edərsə…

İranın ali dini lideri: ABŞ tövbə edərsə…

İranın ali dini lideri Əli Xameneyi ölkəsi ilə ABŞ arasındakı gərginlikdən danışıb.

Xameneyi bildirib ki, ölkə prezidentindən Xarici İşlər nazirinə kimi bütün rəsmilərin qərarına əsasən, iki ölkə arasında nə ikitərəfli, nə də geniştərkibli danışıqlar aparılacaq.

Ali dini lider vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp İranla mübarizənin yeganə yolunu ölkəyə maksimum dərəcədə təzyiq göstərməkdə görür:

“Əgər ölkə rəsmiləri müzakirə üçün masa ətrafında əyləşərlərsə, rəsmi Vaşinqton bunu boyun əymək kimi qəbul edəcək”.

Əli Xameneyi qeyd edib ki, əgər ABŞ öz sözünü geri götürsə, danışıqlar üçün digər ölkələrin nümayəndələri ilə birlikdə danışıqlara başlaya bilərik. Əks təqdirdə, Nyu-Yorkda və ya başqa yerlərdə İran hakimiyyəti ilə ABŞ rəsmiləri arasında heç bir danışıq aparılmayacaq”.

Həmçinin oxuyun

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak ediblər

Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi …