Bazar ertəsi , May 10 2021
Home / Dünya / İranın nüvə sazişi üzrə iclasın vaxtı dəyişdirilib

İranın nüvə sazişi üzrə iclasın vaxtı dəyişdirilib

İranın nüvə sazişi üzrə Birgə Komissiyanın iclasının vaxtı dəyişdirilib.

MEDİAKTİV.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçı deyib.

Onun sözlərinə görə, danışıqlar aprelin 15-i keçiriləcək:

“Əvvəlki proqrama əsasən, “4+1″ formatında nüvə sazişi üzrə danışıqlar aprelin 14-ü keçirilməli idi. Lakin Avropa İttifaqının siyasi məsələlər üzrə nümayəndə heyətinin bir üzvünün koronavirusa yoluxması və tibbi protokollara riayət etmə ehtiyacı səbəbiylə bu iclas aprelin 15-i keçiriləcək”.

Həmçinin oxuyun

Ermənistanda seçki ərəfəsində ictimai-siyasi vəziyyət gərginləşməkdədir

Ermənistanda 20 iyunda keçiriləcək parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyət gündən-günə gərginləşməkdədir. Bunun əsasında bir neçə …