Cümə axşamı , Aprel 22 2021
Home / Dünya / İraqda neftayırma müəssisəsinə raket atılıb

İraqda neftayırma müəssisəsinə raket atılıb

İraqın Səlahəddin regionundakı neft emalı müəssisəsinin yanacaq anbarına raket atılıb.

MediAktiv.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən böyük neft emalı müəssisəsinin yerləşdiyi Bayci şəhərindən cənub-qərbdə yerləşən həmin ərazidə baş verən hadisə nəticəsində yanğın baş verib. Bu barədə ölkənin Neft Nazirliyi açıqlama verib.

Hadisə yerinə yanğın xidməti bölmələri cəlb edilib, yanğın bir neçə saata söndürülüb.

Bu hücumun məsuliyyətini üzərinə götürən İŞİD müəssisəyə iki ədəd “Katyusha” raketi atdıqlarını bildirib

Həmçinin oxuyun

Ukraynada ehtiyatda olan hərbçilərin xidmətə çağırışına dair qanun imzalandı

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb. …