Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Dünya / İspaniyanın sabiq qadın müdafiə naziri ölü tapıldı

İspaniyanın sabiq qadın müdafiə naziri ölü tapıldı

   İspaniyanın ilk qadın müdafiə naziri vəzifəsini tutmuş Karme Çakona 47 yaşında dünyasını dəyişib.

  Mediaktiv.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, onun meyiti bazar günü axşam saat 19:30-da Madriddəki mənzilində aşkarlanıb.

  Qohumları zənglərə cavab vermədiyi üçün onun mənzilinə polis, təcili yardım maşını və yanğınsöndürənlər briqadası çağırıblar.

  İlkin versiyaya görə, ölüm təbii səbəblərlə bağlıdır. Bildirilir ki, sabiq nazirin ürəklə bağlı ciddi problemləri var imiş.

Həmçinin oxuyun

Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub

“Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında viza rejiminin ləğvg olunması haqqında sənəd imzalanıb”. MEDIAKTIV.AZ xəbər verir …