Cümə axşamı , Noyabr 21 2019
Home / Dünya / İsrail Suriyanı havadan vurdu!

İsrail Suriyanı havadan vurdu!

İsrailə məxsus hərbi təyyarələr Suriyanın Kuneytra bölgəsindəki rejim mövqelərinə hava zərbələri endirib. Bu barədə Mediaktiv.az-a Sputnik.az-dan məlumat verilib.Suriya ordusundan alınan məlumat belədir:

“İsrailə aid təyyarələr yerli vaxtla 18.45-də işğal altındakı Qolan təpələrinə yaxın bir bölgədən ordumuzun mövqelərinə iki ədəd raket atıb. Hücum maddi ziyana səbəb olub” — ordudan bildirilib. Suriya hərbi qaynaqlarından  daxil olan məlumata görə, İsrailin hücumu, Suriya ordusunun terrorçuları Kuneytradan çıxarmaqda olduğu bir vaxtda reallaşıb. “İsrailin bu hərəkətləri, onlara yaxın terrorçu qruplarla mübarizəni dayandırmayacaq” — açıqlamada qeyd olunub. İsrail sonuncu dəfə martın 17-də Suriyanı bombalamış və bölgədə gərginlik artmışdı.

Həmçinin oxuyun

Gürcüstanlı milyarder İsveçrə banklarından şikayətləndi

Gürcü milyarderi Bidzina İvanişvili “Credit Suisse” İsveçrə bankının keyfiyyətsiz xidmətindən danışıb. Milyarder “Bloomberg”ə verdiyi müsahibəsində …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir