Çərşənbə , Oktyabr 28 2020
Home / Dünya / İsraillə Bəhreyn arasında birbaşa hava əlaqəsi qurulacaq

İsraillə Bəhreyn arasında birbaşa hava əlaqəsi qurulacaq

İsraillə Bəhreyn arasında münasibətlərin normallaşması nəticəsində birbaşa hava əlaqəsi yaradılacaq.

MediAktiv.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

O, İsrailin Nazirlər Kabinetindəki çıxışında “ölkələr arasında canlanma olacaq və birbaşa uçuşlar təşkil ediləcək”, – deyib.

Bəhreyn BƏƏ-dən sonra Fars körfəzinin İsraillə əlaqələri normallaşdıran ikinci ölkəsi olacaq. Ölkələr cümə günü diplomatik münasibətləri qurmaq niyyətlərini elan ediblər.

İsrailin müstəqilliyini tanımayan Səudiyyə Ərəbistanı da bildirib ki, bu ölkənin təyyarələrinə körfəz ölkələrinə uçuşları üçün özünün hava məkanından istifadə etməyə icazə verəcək.

Həmçinin oxuyun

“Sərhədsiz reportyorlar”dan ermənilərin təhdid etdiyi jurnalistlə bağlı BƏYANAT

“Sərhədsiz Reportyorlar” TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …