Bazar ertəsi , İyul 13 2020
Home / Dünya / İstanbul şəhərinin tarixi divarları bərpa edilir

İstanbul şəhərinin tarixi divarları bərpa edilir

İstanbulun rəmzlərindən biri hesab edilən qədim divarları bərpa edilir.

MediAktiv.Az azərtac-a istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edilən divarlar 1985-ci ildə UNESKO-nun Dünya Maddi İrs Siyahısına salınıb.

Eramızın V əsrində – Şərqi Roma imperiyası dövründə inşasına başlanılan şəhər divarları tarixin izlərini günümüzədək qoruya bilib. İstanbulun fəthinin rəmzlərindən olan qala divarları dünyanın ən uzun tarixi abidələri siyahısında yer alır. Təxminən 20 kilometr 520 metr uzunluğu olan tarixi divarlar xəndək, quru, xarici və daxili divar olmaqla üç hissəyə bölünür.

Hazırda tarixi abidənin təxminən 7 kilometrlik hissəsi bərpa edilir. Bərpa işlərinin 2020-ci ildə başa çatdırılması planlaşdırılır.

Həmçinin oxuyun

Polşada prezident seçkilərinin ikinci turu başlayıb

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir. MediAktiv.az xəbər verir ki, seçki məntəqələri yerli …