Bazar , İyul 12 2020
Home / Dünya / İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır -FOTO

İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır -FOTO

28 May – Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “15 İyul Şəhidlər”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan mətbuata verilən məlumata görə, mayın 27-si və 28-i keçiriləcək tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi, Quru Yolları Baş İdarəsi və İstanbul Valiliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Qalata Qülləsi tarixi boyu ilk dəfədir xarici ölkənin bayrağının rənglərinə bürünür.

İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır -FOTO
İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır -FOTO
İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır -FOTO
İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır -FOTO

Həmçinin oxuyun

XİN: Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır

Bu ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ …