Çərşənbə , Yanvar 22 2020
Home / Dünya / İtaliyada bomba həyəcanı: 54 min adam təxliyyə edildi

İtaliyada bomba həyəcanı: 54 min adam təxliyyə edildi

İtaliyanın Brindizi şəhərində II Dünya müharibəsi dövründən qalma bombanın tapılması ilə əlaqədar böyük həyəcan yaşanıb. 

“RİA Novosti” xəbər verir ki, xilasetmə əməliyyatları ilə əlaqədar həmin ərazidə yaşayan 54 min sakin təxliyyə edilib. 

Qeyd edilib ki, bu, müharibədən sonrakı dövrdən bəri İtaliyada ən böyük evakuasiya əməliyyatıdır. 

Bomba 1941-ci ildə ingilislər tərəfindən atılıb. O, “Andromeda” film teatrının ərazisini genişləndirmək üçün aparılan tikinti işləri zamanı aşkarlanıb. 

Hazırda 15 hərbçidən ibarət xilasedici qrup bombanın zərərsizləşdirilməsi ilə məşğuldur. 

Bildirilib ki, bomba bazar ertəsi şəhər xaricinə çıxarılacaq və xüsusi hazırlanmış ərazidə partladılacaq. 

Əlavə edək ki, bundan əvvəl oktyabr ayında İtaliyanın Bolzano şəhərində də bomba aşkarlanmış, kütləvi evakuasiya prosesi baş vermişdi. 

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …