Cümə axşamı , Noyabr 21 2019
Home / Dünya / “Kəfənimi oğurladın a bala!” – Dilbarə son mənzilə yollandı

“Kəfənimi oğurladın a bala!” – Dilbarə son mənzilə yollandı

   Ailə onun ali məktəbi bitirməsini gözləyirmiş, birdəfəlik Azərbaycana köçəcəklərmiş…

      Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində həyatını itirən 21 yaşlı azərbaycanlı gənc Dilbər Əliyevanın cənazəsi bu gün torpağa tapşırıldı. Başsağlığına gələn insanlar üçün ərazidə 3 yas çadırı qurulmuşdu.

     Dilbər Əliyevanın əmisi Zakir Əliyevin sözlərinə görə, Dilbər 1996-cı ildə Sankt-Peterburqda dünyaya gəlib, Rusiya vətəndaşı olub. Əslən Gürcüstandan olan Əliyevlər ailəsi uzun illər Sankt-Peterburqda yaşayıb.

       Z. Əliyevin sözlərinə görə, hadisə barədə internet vasitəsilə məlumat alıb. Sonradan qardaşına zəng edərək, ondan Dilbərin ağır yaralandığı xəbərini öyrənib: “Sonra dedilər ki, onun həyatını qurtarmaq mümkün olmayıb”.

        “Dilbərin qardaşı da Sankt-Peterburqda təhsil alır. Bir bacı, bir qardaş idilər. Qardaşım qızın təhsilini bitirməsini gözləyirdi. Deyirdi ki, “qız təhsilini bitirsin, köçüb gələcəyik Azərbaycana”. Onlar Azərbayacan çox bağlı bir ailədir” — Z. Əliyev danışır.

       Dilbərin xalasının yoldaşı Musa Rzayev də onu pozitiv bir qız kimi xarakterizə edib: “Sankt-Peterburq Universitetinin Psixologiya fakültəsində təhsil alırdı. Çox savadlı qız idi. Arzulayırdı ki, uşaq psixoloqu olsun. Uşaqları çox sevirdi”.

        M. Rzayev bildirir ki, hadisəsən sonra Dilbərin atası ona zəng edərək, Dilbərin başına gələnləri danışıb: “Dedi, sağ tərəfdən yaralanıb. Qəlpələr sağ qolunu parçalayıb, ayağını qoparıb, xəstəxanaya gedənədək çox qan itirib. Sonra da dünyasını dəyişib”.

         “Yayda Dilbər bir ay Bakıda qaldı. O, fərqli uşaq idi. Onun elə ideyaları, elə fikirləri vardı ki… Mənə deyirdi, “əmi, toyumu Bakıda edərsiniz”. Qismət olmadı” — Rzayev bunları danışdıqca göz yaşlarını saxlaya bilmir…

      Nəhayət Dilbərin cənazəsi götürüldü. Bu acıya dözmək çətin idi. Anası Güllü xanım, bibiləri, nənələri Dilbəri oxşayıb ağlayırdılar. “Kəfənimi oğurladın, a bala” — deyə nənəsi inildəyirdi.

         Dilbərin dostu Ülvin Şirinzadənin sözlərinə görə, Dilbər genişürəkli, həyatsevər qız olub: “Mehriban idi, valideynlərinə çox hörmət edirdi. Uzun müddət Rusiyada yaşasa da, vətənini çox sevirdi. Ailəsi düşünürdü ki, Azərbaycana qayıdıb, burda yaşasınlar. Ancaq qismət olmadı”.

[embedyt] https://www.youtube.com/watch?v=LXKVkBylQkg[/embedyt]

        Dilbər Əliyeva Suraxanı, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edildi.

       Xatırladaq ki, bu il aprelin 3-də Rusiyanın Sankt-Peterburq metrosunun “Sennaya ploşad” və “Texnoloqiçeskiy institut-2” stansiyalarında baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər isə xəsarət alıb. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar “Terror aktı” maddəsi ilə cinayət içi açıb.                                                                                                                    sputnik.az

Həmçinin oxuyun

Qohumların torpaq davası qanlı bitdi: Dörd nəfər güllələndi

Türkiyənin Batman vilayətində Özərdəm ailəsi torpaqla bağlı məsələni həll etmək üçün Ədliyyə İdarəsinə gəliblər. MediAktiv.Az …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir