Çərşənbə axşamı , Yanvar 19 2021
Home / Dünya / Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir – Rusiyalı politoloq

Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir – Rusiyalı politoloq

Kəlbəcər rayonunun qayıtması təkcə Azərbaycanın qələbəsi deyil, həm də vacib və əlamətdar hadisədir. Bu, həm də tarixi ədalətin zəfəridir.

MediAktiv.az xəbər verir ki, bunu  rusiyalı politoloq Tatyana Poloskova deyib.

O vurğulayıb ki, bu rayonda heç vaxt erməni əhali olmayıb:

“Sonuncu sovet siyahıyaalmasına görə, rayon əhalisinin 99 faizi azərbaycanlılar idi”.

Politoloq bildirib ki, ermənilər bu ərazini tərk edərkən, evləri, məktəbləri, digər binaları yandırır, ağacları kəsirdi:

“Bu, vandallıqdır və gəlmə insanların davranışıdır”.

Qeyd edək ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Həmçinin oxuyun

Türkiyə batmış Rusiya gəmisinin heyət üzvlərinin xilası əməliyyatını keçirəcək

Türkiyə Qara dəniz sahillərində batmış Rusiya gəmisinin ekipajının 15 üzvünün xilas edilməsi üzrə əməliyyat keçirəcək. …