Bazar ertəsi , İyun 1 2020
Home / Dünya / İŞİD-in kimyəvi silah anbarı yerlə bir edilib – ölənlər var

İŞİD-in kimyəvi silah anbarı yerlə bir edilib – ölənlər var

       Suriyanın Baş qərargahı beynəlxalq koalisiyanın “İslam dövləti” terror təşkilatının Deyr-Əz-Zoradakı kimyəvi silah anbarına zərbə endirdiyi barədə məlumat yayıb.

     Dəməşqin iddiasına görə, zərbə nəticəsində yüzlərlə insan ölüb. Ölənlər arasında dinc sakinlər də var.

     Bununla yanaşı, TASS Suriyanın SANA agentliyinə istinadən kimyəvi silah anbarına vurulan zərbə nəticəsində yüzlərlə insanın zəhərləndiyinə dair məlumat yayıb. Ölənlərin sayı dəqiqləşdirilmir. Zərbə Deyr-Əz-Zoranın Calta ərazisində baş verib.

Həmçinin oxuyun

İran XİN Azərbaycan xalqını təbrik edib

İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. MediAktiv.az-ın məlumatına görə, …