Bazar , Yanvar 17 2021
Home / Dünya / KİV: Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatdı

KİV: Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatdı

Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 1 milyona yaxınlaşır.

MediAktiv.az xəbər verir ki, bu barədə TASS müxtəlif ölkələrin statistikasına əsasən məlumat yayıb.

Bildirilir ki, dünyada azı 50 min insan koronavirusun qurbanı olub.

Xəstəlikdən ölüm halları ən çox İtaliyada (13 915) qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölüm hallarının ən böyük sayı İspaniyada (10 003), ABŞ-da (5 316), Fransada (4 503), Çində (3 287), İranda (3 160), Böyük Britaniya (2 921), Niderlandda (1 339), Belçikada (1 011), Almaniyada (1 001) qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanınazı 165 ölkəsində yayılıb. Virusun aşkarlandığı son dövlət Malavidir.

Həmçinin oxuyun

“Kamaz” helikopterlə toqquşub

“Dakar” – 2021 rallisinin yekun mərhələsində qeyri-adi hadisə baş verib. MEDIAKTIV.AZ  xarici KİV-ə istinadən bildirir …