Cümə axşamı , Yanvar 14 2021
Home / Dünya / Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb

Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb

Ukraynada yeni fəaliyyətə başlayan “İrəli” analitik-informasiya platforması Azərbaycanın qazandığı şanlı qələbə münasibətilə Kiyev şəhərinin mərkəzi küçələrindən birində “Qarabağ Azərbaycandır!” bilbordu yerləşdirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən MediAktiv.az-a verilən məlumata görə, Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbordda müvafiq olaraq “Krım və Dombas Ukraynadır”, “Qarabağ Azərbaycandır” şüarları əks olunub.

Təşkilat sədri Qulu İbrahimov bu layihənin təşkilatın ilk addımı olduğunu və bilbordun noyabr ayının sonuna qədər – 15 gün müddətinə yerləşdirildiyini bildirib.

Həmçinin oxuyun

Ermənistan quru sərhədlərini açdı

Ermənistan koronavirus pandemiyası ilə əlaqədar bağladığı quru sərhədləri açıb. MEDIAKTIV.AZ-a xəbər verir ki, bunu Ermənistan Xarici …