Çərşənbə , Oktyabr 28 2020
Home / Dünya / Kolumbiyada avtomobil partladıldı, xeyli sayda ölən var

Kolumbiyada avtomobil partladıldı, xeyli sayda ölən var

Kolumbiyanın qərbindəki Kauka Departamentində magistral yolda avtomobilin partladılması nəticəsində azı 7 nəfər ölüb.

MediAktiv.az TASS-a istinadən xəbər verir ki, insident Roses bələdiyyəsi yaxınlığında, Panamerika şossesində baş verib.

İlkin məlumatlara görə, naməlum şəxslər hərbi bölmələrə hücum etmək məqsədi ilə avtomobilə qoyulmuş bombanı işə salıblar. Partlayış nəticəsində 11 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Hazırda avtomobil yolu bağlanıb. Hadisə ilə bağlı istintaq başlayıb. 

Kauka Departamentdə üsyançı qruplaşmaların aktiv fəaliyyət göstərdiyi qeyd olunur.

Həmçinin oxuyun

KIA loqotipini dəyişir

Koreyanın avtomobil nəhəngi olan KIA 2021-ci ildə loqotipini dəyişdirəcək. MediAktiv.az xəbər verir ki, yeni loqotip üç …