Cümə , May 29 2020
Home / Dünya / Təyyarə yaşayış evinə düşdü, 24 nəfər öldü – FOTO

Təyyarə yaşayış evinə düşdü, 24 nəfər öldü – FOTO

MediAktiv.Az məlumat verir ki,Konqo Demokratik Respublikasının Qoma şəhərində təyyarənin yaşayış evinə düşməsi nəticəsində 24 nəfər ölüb. 

Bu barədə xarici mətbuat məlumat yayıb. 

Bildirilib ki, “Busy Bee” aviaşirkətinə məxsus olan “Dornier-228” təyyarəsi göyərtəsindəki 17 sərnişin və iki ekipaj üzvü ilə birlikdə havaya qalxdığından üç dəqiqə sonra yaşayış massivinə düşüb. 

Yanğınsöndürənlər qısa müddətdə hadisə yerinə gələrək faciənin böyüməsinin qarşısını almağa çalışıblar. 

Bununla belə, ölənlərin sayının artacağı ehtimal olunur. 

Qeyd edək ki, “Busy Bee” şirkəti planlı və çarter reysləri, eyni zamanda tibbi evakuasiya xidmətləri yerinə yetirir. 

Həmçinin oxuyun

İran XİN Azərbaycan xalqını təbrik edib

İran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. MediAktiv.az-ın məlumatına görə, …