Bazar ertəsi , Avqust 19 2019
Home / Dünya / Konqoda Ebola 368 insanın həyatına son qoyub
Actors parade on a street after performing at Anono school, during an awareness campaign against Ebola in Abidjan September 25, 2014. REUTERS/Luc Gnago (IVORY COAST - Tags: HEALTH EDUCATION)

Konqoda Ebola 368 insanın həyatına son qoyub

2018-ci ilin iyulundan etibarən Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxmuş insanların sayı 600-ü keçib.

Mediaktiv TASS-a istinadən xəbər verir ki, bu haqda Afrika ölkəsinin Səhiyyə Nazirliyi məlumat verib.

2 yanvar 2018-ci il tarixinə qədər 608 yoluxma halı qeydə alınıb. Bunlardan 560-ü təsdiq edilib, 48 hal isə ehtimal olunur. Bu qorxunc xəstəlikdən 368 nəfər dünyasını dəyişib, 207 nəfər sağalıb, 54 şübhəli hal isə araşdırılır.

Təkcə yanvarın 1-i dörd yeni yoluxma və üç ölüm halı aşkar edilib. 8 avqustdan etibarən 53917 nəfər peyvənd olunub.

Ebola virusunun yenidən yayılması səbəbindən ölkədə prezident seçkiləri və bir sıra əyalətlərdə parlament seçkiləri təxirə salınıb. Bu əhali arasında narazılıqlara səbəb olub və virusun yayılması üçün görülən tədbirlərə mənfi təsir göstərib. Nümayişlər səbəbindən bir sıra şəhərlərdə peyvənd olunma tədbirləri və internetə çıxış dayandırılıb.

Ümumdünya Səhiyyə Təşkilatı Konqoya Ebola virusuna qarşı 4000 ədəd peyvəndin göndərildiyi haqqında bəyanat verib.

Ebola insanlara vəhşi heyvanlardan keçir. Xəstəliyin ilkin əlamətləri qəfil qızdırma, əzələ, baş və boğaz ağrılarıdır. Daha sonra ürək bulanması, ishal, səpki, böyrək və qaraciyərin fəaliyyətinin pozulması halları baş verir. Bəzi hallarda daxili və xarici qanaxmalar müşahidə olunur.

Xatırladaq ki, Afrikada Ebola sonuncu dəfə 2014-2016-cı illərdə geniş yayılmış və Qvineya, Syerra-Leone və Liberiyada 11300 nəfərin həyatına son qoymuşdu.

Həmçinin oxuyun

Bitkoinin qiyməti 4 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 …