Bazar , İyun 7 2020
Home / Dünya / Koronavirus Ermənistanda sürətlə yayılır

Koronavirus Ermənistanda sürətlə yayılır

Ermənistanda koronavirus infeksiyasına yoluxanların yarıdan çoxu paytaxt Yerevanda qeydə alınıb.

MediAktiv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət rejimi elan edilib. Hazırda ölkədə 329 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb.

Yoluxma hallarının çoxu paytaxt Yerevanda qeydə alınıb – 151 yoluxma. Daha sonra Kotay vilayəti (57 nəfər ), Ararat (56 nəfər) və Armavir (52 nəfər) vilayəti yer alır.

Bildirlib ki, Şirak və Araqaçotn bölgələrində müvafiq olaraq beş və dörd nəfər, Lori və Syunik bölgələrində isə iki nəfər koronavirusa yoluxub. 

Koronavirus Ermənistanın on bölgəsindən yalnız üçündə aşkarlanmayıb. 

Həmçinin oxuyun

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 12 364 nəfərə çatıb. MediAktiv.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son …